ABŞ bankları şərtləri tam yerinə yetirməyib

ABŞ bankları şərtləri tam yerinə yetirməyib

ABŞ-ın ən böyük bankları qanunsuz olaraq "ipotekanın geri çağırılması" probleminin nizama salınması çərçivəsində nəzarət orqanları tərəfindən qoyulmuş şərtləri heç də tam yerinə yetirməyiblər.

Dünya sazişinin şərtlərinə bankların necə əməl etdiklərini izləyən müstəqil nəzarətçi Cozef Smit deyib ki, "Bank of America Corp.", "J.P.Morgan Chase & Co.", "Citigroup Inc." və "Wells Fargo & Co." sazişin bir sıra zəruri şərtlərini yerinə yetirməyiblər.

Sazişin şərtlərinə görə, banklar maliyyə şirkətlərinin könüllü - məcburi verəcəkləri 25 milyard dollardan 17 milyard dollarını bir milyon amerikalının ipoteka ödənişləri şərtlərində dəyişikliklər edilməsinə yönəltməli idilər.

Bankların qüsurlu təcrübəsinə görə Kaliforniya və digər ştatlar 5 milyard dollar kompensasiya almalı idilər.

Bunun 1,5 milyard dollarını vətəndaşlara birbaşa kompensasiyalar şəklində ödəmək planlaşdırılmışdı.

Hakimiyyət orqanları maliyyə şirkətlərinin təfsilatına varmadan, çox vaxt "robo-signing" vasitəsilə araşdırma aparmadan, yəni kağızlarla səthi tanış olmaqla ipotekanı geri çağırdıqlarını sübut edə biliblər.

49 ştat 5 bankı müqəssir bilib: "Bank of America Corp.", "J.P.Morgan Chase & Co.", "Citigroup Inc." , "Wells Fargo & Co." və "Ally Financial Inc."

Bundan əvvəl problemin müzakirəsinin davam etdirilməsini tələb etmiş Nyu-York və Kaliforniyanın nümayəndələri də bunu təsdiqləyiblər.

Nəticədə maliyyə şirkətləri ipoteka bazarına yardıma 25 milyard dollar xərcləməyə razılaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə