Gezi Park üçün referendum keçirilə bilər TƏKLİF

Gezi Park üçün referendum keçirilə bilər TƏKLİF

AKP-nin sədr müavini və partiyanın sözçüsü Hüseyn Çelik Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Gezi Parkı heyətilə görüşündən sonra verdiyi açıqlamada bildirib ki, Gezi Parkı ilə bağlı layihə İstanbulda referenduma çıxarıla bilər. Bu barədə SİA "Anadolu" agentliyinə istinadən məlumat verib.

Hüseyn Çelik bildirib ki, Gezi Parkındakı aksiyaların qiyamətə qədər davam etdirilməsi hökumət tərəfindən qəbul edilməyəcək. Hətta, belə bir görüşün keçirilməsindən sonra gənclərin Gezi Parkını boşaldacağını düşünürəm.

O, əlavə edib ki, Türkiyədə diktatura olmadığı üçün bu cür aksiyalar olur: "Əgər Türkiyədə diktatura olsaydı, bu aksiyalar ola bilməzdi. Baş tutsaydı belə, nəticə çox fərqli olardı. Təbii ki, bu günə qədər polisin bəzi müdaxilələri oldu. Bu müdaxilələr nəticəsində xəsarət almış vətəndaşlarımız da var. Amma bu gün Londonda "G8"lərin toplantısı öncəsi polislə insanlar arasındakı qarşıdurmalar zamanı yaranmış vəziyyətə də diqqət yetirin".

Bütün xəbərlər Facebook səhifəmizdə