İranda sükut günüdür

Bu gün İranda sükut günüdür. Dünən prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb.

Qeyd edək ki, iyunun 14-də keçiriləcək seçkilərdə öz namizədlərinə dəstək olmaq məqsədilə Tehranın Vəliəsr, İnqilab, Vənək, Fələstin Meydanı və digər xiyabanlarında prezidentliyə namizədlər Məhəmməd Baqir Qalibaf, Həsən Ruhani, Möhsin Rzayi, Səid Cəlili və Əli Əkbər Vilayətinin tərəfdarları küçə yürüşləri təşkil ediblər.

Onlar hər biri öz namizədlərinin atributları olan bənövşəyi, göy, və ağ rəngdə şal və parçalardan istifadə ediblər, namizədlərin şəkillərini daşıyıb, xiyabanlarda əhalini dəstəklədikləri namizədlərə səs verməyə çağırıblar.

Eyni zamanda, namizədlərin diskləri, həmçinin, şirniyyatlar, meyvə şirələri paylayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə