Kazinonun açılışı turistləri cəlb edəcək

Kazinonun açılışı turistləri cəlb edəcək

Qırğızıstanın Baş naziri Jantoro Satıbaldiyev hesab edir ki, İssık-Kulda oyun zonasının açılışı iqtisadi cəhətdən məqsədəuyğundur. Bu barədə KirTAQ agentliyi məlumat verir.

"Mənim mövqeyim aydındır (oyun zonasının açılışına görə, İssık-Kulda kazino). Bu, iqtisadi cəhətdən məqsədəuyğundur ", - Çolpon-Ata turizm mövsümünün açılışında bazar günü baş nazir belə deyib.

Onun sözlərinə görə, kazinonun açılışı turistləri cəlb edəcək: "Biz təmiz su, aydın səma və gözəl dağlardan başqa, İssik-Kulda yeni turizm məhsulunu yaratmalıyıq. Mövsüm müvəffəqiyyətli olacağına söz verir. Məsələn, Rusiya və Qırğız turoperatorlarının arasında apreldə 1500-dən çox iri müqavilə bağlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə