Filippində sərnişin avtobusunun aşması nəticəsində 12 insan ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimalındakı dağlıq sahədə baş verib.
Rəsmilər Benguet bölgəsində dağlıq sahədə 19 adamı aparan mikroavtobusun dərin vadiyə aşması nəticəsində 10 adamın hadisə yerində, 2-sinin isə xəstəxanada öldüyünü qeyd edib.
Qəzada 5 nəfərin isə yaralandığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB