Hər iki ölkə razılığa gəldi

Hər iki ölkə razılığa gəldi

Şimali və Cənubi Koreya nümayəndələri iyunun 12-də nazirlər səviyyəsində danışıqların aparılması haqqında bu gün işçi səviyyədə keçirilən danışıqlarda razılığa gəliblər. SİA-nın məlumatına görə, danışıqlarının səhər sessiyasını bitirdikdən sonra Cənubi Koreya nümayəndəsi Kim Xen Sok deyib ki, tərəflər nazir səviyyəsində görüşün keçirilməsi zəruriliyini qarşılıqlı anlaşma şəklində göstəriblər .

Onun sözlərinə görə, görüş sakit şəraitdə keçib.

İki ölkə rəhbərliyinin nümayəndələrinin görüşü, Koreyanın sülh birləşməsi komitəsinin Şimali Koreya nümayəndəsinin bəyanatından sonra mümkün olub.

Qeyd olunan görüşdə Seula iqtisadi əməkdaşlıq haqqında rəsmi danışıqların keçirilməsi, həmçinin cənubi koreyalıların Kımqansan kurort zonasına turizm səfərlərinin yenilənməsi haqqında təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə