Leysan yağışları 5 can aldı

Şri Lanka adasında baş verən leysan yağışları səbəbindən 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb, 17 balıqçı isə itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hərbi-dəniz donanması və helikopterlərin köməyi ilə 20 balıqçı xilas olunub. Ölənlərdən 4-ü balıqçıdır, bir nəfər isə yıxılan ağacın altında qalaraq ölüb. Ölkənin cənub-şərqində mussonların fəallaşması ilə bağlı fırtına xəbərdarlığı elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə