İstanbulun Taksim meydanındakı hadisələri Qahirədəki hadisələrlə müqayisə etmək olmaz.
SİA-nın verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Gido Vestervelle ''Welt am Sonntag'' qəzetinə açıqlamasında deyib.
XİN rəhbəri bildirib: "Taksim Təhrir, İstanbul isə Qahirə deyil".
Vestervelle Türkiyənin demokratik bir ölkə olduğunu qeyd edib: "Və buna uyğun olaraq, siyasi məqsədlər üçün küçələrə axışan, özünə güvənən, cəsur bir camaat var".
O, Baş nazir Rəcəb Tayyib Ərdoğanın vəziyyəti sakitləşdirmək üçün xüsusi məsuliyyət daşıdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB