"Türkiyə heç vaxt Aİ-yə üzv olmayacaq"

"Türkiyə heç vaxt Aİ-yə üzv olmayacaq"

Almaniyanın maliyyə naziri Wolfgang Schoubl Türkiyənin heç vaxt Avropa İttifaqına (Aİ) üzv olmayacağına inandığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniyanın "Kieler Nachrichten" qəzetinə müsahibə verən nazir Türkiyənin uzaq gələcəkdə belə Aİ-də olmayacağını deyib: "Avropada mənim düşündüyüm kimi siyasi sabitlik yaransa, Türkiyə bu birliklə əlaqələr qura biləcək. Amma bu ölkə heç bir zaman Aİ-yə üzv olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə