Britaniyada islamafobiya halları artır

Britaniyada islamafobiya halları artır

Böyük Britaniyada islamafobiya halları artır. "The Guardian" qəzetinin yaydığı xəbərə görə, mayın 22-də bir hərbçinin qətlindən sonra ölkədə 200 islamafobiya faktı qeydə alınıb. Burada əsas yeri müsəlmanlara qarşı aqressiv davranışlar tutur. İslamafob davranışın əsas hədəfi isə hicablı qadınlardır.

Dini dözümsüzlüyün pik nöqtəsi iyunun 6-da məscidin yandırılması olub.

Yandırılan məsciddə və mədəniyyət mərkəzinin binasında irqçi təşkilat olan İngilis Müdafiə Liqasının svastikası aşkar edilib.

Üç il əvvəl təşkil edilmiş Liqa anti-islam fəaliyyətini gizlətmir. Bu İfrat sağçı və radikal təşkilat Avropada islam dəyərlərinin yayılması ilə mübarizə apardığını bildirir. Norveçli terrorçu Anders Breyviki özlərinin əqidə yoldaşı hesab edən Liqanın ideoloqları bu fikirdədirlər ki, islam dəyərləri Avropanı uçuruma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə