"Ərdoğan anlamalıdır ki, Türkiyədə seçicilərin yarısı ona səs verməyib". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza son günlər Türkiyədə baş verən hadisələrə münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən hadisələr gələcəkdə bu ölkədə demokratiyanın inkişafı üçün pozitiv bir addıma çevrilə bilər, lakin bir şərtlə ki, baş nazir Ərdoğan güzəştə getsin: "Rəcəb Tayyib Ərdoğan ölkədə yeganə nüfuzlu lider olduğunu göstərmək istəyir, amma unudur ki, demokratik bir cəmiyyətdə müxalifətin də fikrini nəzərə almaq lazımdır. Demokratik cəmiyyətdə hər bir baxışa diqqət yetirilməlidir. Düşünürəm ki, baş verənlər "türk baharı" deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB