Gezi parkının ətrafında hadisələrlə əlaqədar 7 əcnəbi saxlanılıb

Gezi parkının ətrafında hadisələrlə əlaqədar 7 əcnəbi saxlanılıb

Türkiyənin daxili işlər naziri Muammer Güler bildirib ki, Gezi parkının ətrafında hadisələrlə əlaqədar yeddi xarici vətəndaş saxlanılıb, İstanbulda 6 nəfər, Ankarada isə 1 nəfər. Bu barədə SİA Anadolu agentliyinə istinadən məlumat verir.

Saxlananlardan iki nəfəri - Fransa, bir - Yunanıstan, bir - ABŞ, bir - AFR və iki nəfər - İran vətəndaşlarıdır, nazir deyib.

İstanbulun Gezi parkında ağacların kəsilməsinə qarşı etiraz aksiyalarının dalğasında yaranmış qarışıqlıqların gedişatında cəmi 915 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumatlara görə, bu gün xəstəxanalarda 79 nəfər müalicə alıb, 8 nəfər intensiv terapiya palatasındadır, onlardan 4-nün vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə