Türkiyə vətəndaşı Məryəm Qayber baş nazir Rəcəb Tayyib Ərdoğanı müdafiə etmək məqsədilə məktub yazıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktub bir gün müddətində sosial şəbəkələrdə rekord qırıb. Məktubda bildirilir: "Ərdoğanı heç kimə dəyişmərik. Çünki:
O, ordunun gücü ilə deyil, xalqın səsilə iqtidara gəlib!
"Gəzi Parkı" hadisələrində iştirak edən insanların səmimi duyğularından istifadə edərək nümayişlər keçirən insanların mövcudluğundan xəbərdarıq!
İctimai yerlərdə səmimi insanları hiddətə gətirənlərin niyyətini açıq-aşkar görürük!
Türkiyədə xaos mühiti yaratmaq istəyən müxalifətin əməllərinə alət olmaq istəmirik!
Müxalif millət vəkillərinin hakimiyyət barədə yalan xəbərlər yaydığının şahidiyik!
Ağacların kəsilməsinə qarşı edilən etirazı "Türk baharı" deyə xarici mətbuata çatdıran "vətənpərvərlərin" kim olduğunu bilirik!
İslamofobiyalı xarici agentliklərin "Nəhayət Tayyib gedir" -deyə sevindiklərini bilirik!
Türkiyənin məhz Ərdoğanın sayəsində dünyanın öndə gedən ölkələrindən biri olduğunu bilirik!
Ərdoğanın 50 ildir qanımızı içən Beynəlxalq Valyuta Fondunu Türkiyədən qovduğunun şahidiyik!
O, hər cür tibbi xidməti yaşlı anamın ayağına qədər gətirib!
600 min kasıbı ev sahibi edib!
Dünya ölkələrinin iqtisadi böhrana düçar olduğu vaxtda Türkiyəni iqtisadi cəhətdən inkişaf etdirib!
Ən önəmlisi isə 100 ildir ki, davam edən PKK problemini həll edərək, bu ölkənin övladlarını öz canı bahasına qoruyub!
Və bu torpaqda yaşayan ən az 70 milyonun duasını qazanıb...
Rəcəb Tayib Ərdoğanı heç kimə dəyişmərik!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB