2017-ci il MDB-də Vətən Müdafiəçisi İli elan edilib

2017-ci il MDB-də Vətən Müdafiəçisi İli elan edilib

Belarusun paytaxtında MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının (MNŞ) iclası keçirilir.

İyunun 5-də Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Birliyin iştirakçısı olan dövlətlərin MNŞ-nin 64-cü iclası olub. İclasın işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistanın müdafiə idarələrinin nümayəndə heyətləri iştirak ediblər. Gündəlik üzrə Birlik dövlətlərinin müdafiə nazirliklərinin çoxtərəfli birgə hərbi fəaliyyətinin müxtəlif istiqamətlərinə dair 20-dən çox məsələ müzakirə edilib.

Tərəflər Birliyə üzv dövlətlərin milli və birgə təhlükəsizliyinin təmin olunmasında hərbi işin yüksək əhəmiyyətini nəzərə alaraq 2017-ci ilin Müstəqil Dövlətlər Birliyində Vətən Müdafiəçisi İli elan olunması barədə katibliyin təklifini bəyəniblər. Bu barədə bu gün RF-nin müdafiə naziri Sergey Şoyqu jurnalistlərə məlumat verib.

Rusiya müdafiə idarəsinin başçısı həmçinin bildirib ki, qoşunların Əfqanıstandan çıxarılmasının 25 illiyi ilə əlaqədar medal təsis etmək planlaşdırılır.

MNŞ-nin iclasında MDB dövlətləri hərbi idarələrinin başçıları hərbi sahədə inteqrasiya proseslərinin inkişafının vacibliyini və aktuallığını nəzərə alaraq 2014-cü il üçün Birlik ölkələrinin silahlı qüvvələrinin birgə tədbirlər planını təsdiq ediblər. Bu barədə Belarus Respublikasının müdafiə naziri Yuri Jadobin jurnalistlərə məlumat verib.

Nazir deyib ki, hərbi əməkdaşlığı dərinləşdirmək üçün hərbi təyinatlı peyk rabitəsi sistemlərindən istifadə olunması və onların daha da təkmilləşdirilməsi haqqında 1993-cü il 12 mart tarixli sazişdə dəyişikliklər edilməsi, minalardan humanitar təmizləmə sahəsində MDB dövlətləri silahlı qüvvələrinin mühəndis qoşunlarının birgə fəaliyyəti haqqında saziş layihəsi barədə məsələlər də müzakirə olunacaq.

İclasda həmçinin silahlı qüvvələrin humanitar əməkdaşlığı sahəsində bir sıra məsələlər nəzərdən keçiriləcək ki, bu da MDB-nin inkişaf prioritetlərinə və hər bir dövlətin milli mənafeyinə tamamilə uyğundur.

MDB-nin iştirakçısı olan dövlətlərin hava hücumundan müdafiə üzrə birləşmiş sisteminin daha da inkişaf etdirilməsi çərçivəsində və Rusiya Silahlı Qüvvələrində Kosmik hava hücumundan müdafiə qoşunlarının yaradılması ilə əlaqədar olaraq hərbi idarələrin başçıları MDB MNŞ yanında Hava hücumundan müdafiə məsələləri üzrə əlaqələndirmə komitəsi haqqında əsasnamənin yeni redaksiyasını və 2014-cü ildə birləşmiş sistemin təkmilləşdirilməsinin maliyyələşdirilməsi məsələsini razılaşdırıblar.

MDB MNŞ-nin iclasında 2012-ci ildə Birliyə üzv dövlətlərin hərbi qüvvələri aviasiyasının uçuşlarının təhlükəsizliyi təhlil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə