Avropa Komissiyası iyunun 5-də Brüsseldə keçirilən iclasında Latviyanın Avropa İttifaqına üzv qəbul olunması barədə müraciətini müzakirə edib.
Komissiya Latviyanın Avropa İttifaqına üzv qəbul edilməsi üçün tələb olunan bütün meyarlara tamamilə cavab verdiyi qənaətinə gəlib.
Məsələnin müzakirəsi zamanı qeyd olunub ki, 2008-2009-cu illərdə maliyyə böhranı keçirən bu ölkədə 2012-ci ildə daxili məhsulun həcmi 5,6 faiz artıb və demokratik dəyərlər formalaşıb.
Beləliklə, komissiya Latviyanın Avropa İttifaqı üzvlüyünə qəbul olunmasına razılıq verib.
Xatırladaq ki, Latviya avrozona məkanına daxil olan 18-ci ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB