Türkiyədə aksiyalar davam edir. SİA "Anadolu" agentliyinə istinadən məlumat verir ki, paytaxt Ankarada yağan güclü yağışa baxmayaraq, şəhərin Kızılay meydanına toplaşmaq istəyən nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir.
Çərşənbə günü - etirazların 9-cu günü Taksim Gezi parkı ilə bağlı etirazlara dəstək məqsədilə İstanbulun Bakırköy rayonunda bir qrup insan avtomobil yolunu bağlayıb.
Etirazçılar yolda oturaraq şüarlar səsləndiriblər. Yolun bağlanması səbəbindən nəqliyyatın hərəkəti dayanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB