Nümayişçilərin hökumətdən ağır tələbləri... FOTO

Nümayişçilərin hökumətdən ağır tələbləri... FOTO

Türkiyə Baş nazirinin müavini Bülənt Arınç Taksim Gəzinti Parkının Həmrəylik Platforması nümayəndələrini qəbul edib. SİA-nın türk mətbutına istinadən verdiyi xəbərə görə, baş nazirlə görüşən nümayəndələr tələblərini bildiriblər.

Nümayişçilərin adından çıxış edən heyət, hökumətdən 6 şey tələb edib: park olduğu kimi qalmalı, Atatürk Mədəniyyət Mərkəzi sökülməməli, nümayişçilərə qarşı güc işlədən məsuliyyətli şəxslərin hamısı vəzifədən uzaqlaşdırılmalı, bibər qazının istifadəsi qadağan edilməli, meydanlarda azad şəkildə nümayiş etmək hüququ verilməli, nümayişlərdə saxlanılan bütün şəxslər azadlığa buraxılmalıdır.

Görüşdən sonra heyətin adından açıqlama verən Tayfun Kahraman bildirib ki, hökumət nümayişçilərin bütün tələblərini yerinə yetirməlidir. O həmçinin əlavə edib ki, polis hələ də bəzi vilayətlərdə etirazçılara qarşı sərt tədbirlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə