Metroda güclü yanğın olub

Moskva Metropolitenində yanğın olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Park Qulduru" və "Komsomolskaya" stansiyaları arasında baş verən yanğında ilkin məlumatlara görə iki nəfər tüstüdən zəhərlənib.

Yanğın səbəbi ilə stansiyalarda qatarların hərəkəti dayandırılıb, daha sonra xilasedicilər 4 500 nəfəri tunellərdən çıxarıb.

İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən qısaqapanmalar səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə