Almaniyada sel təhlükəsi böyüyür

Almaniyada sel təhlükəsi böyüyür

Almaniyanın bir sıra şəhərlərində sel fəlakəti yaşanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, sel altında qalan qəsəbələrdən minlərlə insan köçürülərək təhlükəsiz ərazilərdə məskunlaşdırılıb. Bavariyanın Passau şəhərindən axan Dunay çayının səviyyəsi artaraq son 500 ildə ən yüksək həddə çatıb.

Aşağı Saksoniya şəhərində baş verən sel daşqınlarında bir nəfər qadın boğularaq ölüb. Baden-Vürttemberq şəhərində isə daşqınlar nəticəsində 3 nəfər həyatını itirib. Deggendorf və Straubing şəhərlərində xilasedicilər tərəfindən 6 min insan adam çıxarılıb.

Su səviyyəsi 7,37 metrə çıxan Elba çayının daşma təhlükəsi səbəbi ilə Aşağı Saksonya əyalətinin Riesa şəhərinin sakinləri köçürülüb.

Qeyd edək ki, Saksonya-Anhalt əyalətində də daşqın təhlükəsi həyəcanı yaşanır.

Bütün xəbərlər Facebook səhifəmizdə