Vaşinqton hələ də şübhələnir...

Vaşinqton hələ də şübhələnir...

ABŞ-da Rusiyanın Suriyaya C-300 kompleksini ötürməməsi haqqında təsdiq yoxdur. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departanentinin rəsmisi Cen Psaki deyib.

"Əgər həmin raketlərin Suriyaya verilməməsi haqqında məlumatlar təsdiqlənərsə, biz bundan məmnun olarıq. Amma məndə belə bir təsdiq haqqında məlumat yoxdur" - deyə Psaki bildirib.

O bir daha dövlət katibi Con Kerrinin C-300 raketlərinin Suriyadakı vəziyyətə mənfi təsir göstərə biləcəyi haqqında narahatlığını xatırladıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Suriya ilə C-300 komplekslərilə bağlı müqavilə bir neçə il öncə imzalanıb, lakin reallaşdırılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə