NATO xakerlərə qarşı "ordu" yaradır

NATO xakerlərə qarşı "ordu" yaradır

NATO-nun 28 ölkəsinin müdafiə naziri kiber hücumlara qarşı operativ reaksiya qüvvələrinin yaradılması haqqında razılığa gəliblər. SİA-nın RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bunu Alyansın baş katibi Anders Foq Rasmussen söyləyib.

"Biz NATO sisteminin müdafiəsi üçün operativ reaksiya qüvvələrinin yaradılması haqqında razılığa gəldik" - deyə Rasmussen vurğulayıb.

Onun sözlərinə görə, operativ reaksiya qüvvələri kiber hücumların qarşısını almaqla yanaşı, NATO-nun ayrı-ayrı üzvlərinin kompüter infrastrukturunu da müdafiə edəcək.

Baş katib bildirib ki, 2012-ci il ərzində ümumilikdə 2500 kiber hücum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə