Suriyada ölənlərin sayı getdikcə artır. SİA-nın məlumatına görə, Suriya İnsan Haqları Təşkilatı son bir gündə ordu birləşmələrinin müxaliflərə qarşı hava və qurudan apardığı əməliyyatlar nəticəsində paytaxt Dəməşqin müxtəlif yerlərində 28, Humsda 14, Dəra və Hələbdə hər birində 12, Rakka, İdlib və Kuneytrada hər birində 2 və Deyruz Zorda bir olmaqla 73 nəfərin həlak olduğunu bəyan edib. Ümumilikdə isə keçirilən əməliyyatlar nəticəsində 73 nəfər həlak olub.
Suriyanın SANA rəsmi xəbər agentliyi xeyli sayda silahlı qrupun zərərsizləşdirildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB