Filippində 5,7 bal gücündə zəlzələ olub. SİA-nın məlumatına görə, hadisədə 9 adamın yaralandığı bildirilir. Şimali Kotabato əyaləti qubernatoru Emmilu Talino-Mendoza, zəlzələ səbəbiylə bir çox ev, yol və körpünün ziyan gördüyünü ifadə edib. Mendoza, zəlzələnin bir məktəbə və əkinçilik edilən kəndlərin su borularına da zərər verdiyini qeyd edib.
Xatırladaq ki, Filippində 1990-cı ildə meydana gələn 7,7 böyüklüyündəki zəlzələdə təxminən 2 min adam həyatını itirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB