İranın baş qərargah rəisi Musa Kamalı böyrəyini ehtiyacı olanlara bağışlayan insanların hərbi xidmətdən azad olunacağını deyib. SİA fars mətbuatına istinadən xəbər verir ki, qərargah rəisi əsgərlikdən azad olunmanın yalnız böyrək nəqli ilə məhdudlaşmadığını da bildirib: "Kişi cinsinin nümayəndələri daxili orqanlarının hər hansısa birini ehtiyacı olan insana bağışlasa, hərbi xidmətdən azad olunacaq. Həmçinin hazırda hərbi xidmətdə olanlar da orqanlarını digərlərinə bağışlamaqla ordudan təxris oluna bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB