Moskva meri: "Rus dilini bilməyənlər Moskvaya gəlməsin!"

Moskva meri: "Rus dilini bilməyənlər Moskvaya gəlməsin!"

"Rus dilində danışa bilməyən və ya pis danışan, tamamilə fərqli adət-ənənələri olanlar yaxşı olar ki, öz ölkələrində yaşasınlar. Biz onların Moskvaya adaptasiya olmalarını alqışlamırıq". SİA-nın məlumatına görə, bunu Rusiya mətbuatına açıqlamasında Moskva meri Sergey Sobyanin deyib.

Sergey Sobyanin Moskvada milli kvartalların yaradılması ilə bağlı məsələyə də münasibət bildirib: "Digər xarici ölkələrdə belə ideyalar olub, ancaq nəticədə müsbət heç nə əldə edilməyib. Hətta İsveçdəki hadisələr bunun daha təhlükəli olduğunu göstərib. Moskva Rusiyanın şəhəridir və belə də qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə