Fransada ölkənin tarixində ilk dəfə olaraq iki kişinin nigah mərasimi keçirilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yeddi il birgə yaşayan Vənsan və Brüno adlı iki homoseksualın nigahı Fransanın Monpelye şəhərinin bələdiyyə binasında keçirilib. Nigah mərasimini Fransa və bir çox digər Avropa və dünya ölkələrinin televiziyaları canlı olaraq yayımlayıblar. Nigahın başlanmasına bir saat qalmış, Monpelye şəhər polisinə anonim zəng daxil olub və naməlum şəxs bu mərasimə hücumlar ediləcəyini bildirib. Nəticədə Monpelye şəhərinin meriyası tamamilə evakuasiya edilib və hamının üzərində yoxlamalar aparılıb.
Xatırladaq ki, Fransada bu qanuna bir çox sağçı partiyalar və adi vətəndaşlar etiraz edirlər. Ötən bazar günü bu qanuna etiraz olaraq, milyonlarla insan Paris küçələrində aksiya keçiriblər. Ötən həftə isə Fransa paytaxtındakı Paris Notr-Dam kilsəsində 75 yaşlı ifrat sağ təmayüllü bir yazıçı, bu qanuna etirazını başına tapança ilə atəş açaraq, özünə qəsd etməklə bildirib.
Qeyd edək ki, 11 gün bundan əvvəl Fransada eynicinslilər arasında nigahın rəsmiləşdirilməsi haqqında qanun qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB