Seçkilərdə 50,4 milyondan çox vətəndaş səs verəcək

Seçkilərdə 50,4 milyondan çox vətəndaş səs verəcək

50,4 milyondan çox İran vətəndaşı qarşıdakı prezident seçkilərində səs vermək hüququna malikdir. "Mehr News" agentliyinin verdiyi məlumata görə, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.

Nazir deyib ki, 1,6 milyon nəfərdən çox vətəndaş ilk dəfə səs verəcək: "Ölkə ərazisində 130 min seçki dairəsi, xaricdə yaşayan iranlılar üçün isə 285 seçki məntəqəsi yaradılacaq".

Qeyd edək ki, İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə