Fransalı deputat korrupsiyaya görə azadlıqdan məhrum edilib

Fransalı deputat korrupsiyaya görə azadlıqdan məhrum edilib

Fransız deputat Silvi Andryö seçici səslərini satın almaqda təqsirli bilinərək 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib. SİA-nın məlumatına görə, sosialistləri təmsil edən Silvi Andryönün Marseldəki seçki dairəsində səs toplamaq üçün vergi ödəyicilərinə məxsus 740 min avro vəsaitdən sui-istifadə etdiyi sübuta yetirilib.

O, sosial məqsədlər üçün toplanan vəsaitlərdən seçiciləri şirnikləndirmək üçün istifadə edib.

Xanım deputata, həmçinin 5 il siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilmişdir. Marseldəki "Chez Albert" saytı yazır ki, "Burada hər kəsə bəllidir ki, sosial mənzillər əldə etmək üçün mütləq siyasətçi ilə yaxşı əlaqən olmalıdır.

Əvəzində isə siyasətçilər bilir ki, onlar elektorata heç nə verməsələr, səs əldə edə bilməyəcəklər. Burada korrupsiya institusionallaşıb. Digər siyasətçilər də Silvi Andryödən fərqlənmir".

Bütün xəbərlər Facebook səhifəmizdə