Vaşinqtonda körpü çöküb

ABŞ-ın paytaxtında körpü uçub. Vaşinqton şəhər polisinin rəsmiləri Mount Vernon bölgəsindəki çay üzərindəki avtomobillərin hərəkətini təmin edən körpünün çökməsi nəticəsində üzərindəki yük avtomobilinin və içərisindəkilərin suya düşdüyünü bildirib.

Seattl və Vankouver arasındakı körpünün hansı səbəbdən çökdüyünə yönəlik dəqiq bir məlumat olmadığını deyən şəhər rəsmiləri, neçə adamın suya düşdüyünü, ölü və ya yaralıları hələ təsbit edə bilmədiklərini açıqlayıb. Axtarış xilasetmə dəstələri hadisə yerində işə başlayıb.

Bu arada bir nəfərin suya düşən maşının üzərində olduğu və digər bir avtomobilin də suya düşdüyü xəbərləri yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə