İsrailin prezidenti Şimon Peres Qüdsdə Fransanın eks-prezidenti Nikolas Sarkozi ilə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Peres Sarkoziyə prezidentliyi dövründə İsrailə dost münasibətində olduğuna görə təşəkkür edib. Görüş zamanı Peres bildirib ki, Fransa İran və Liviya mövzusunda mövqeyini hər zaman açıq şəkildə dilə gətirib: "İnsanlar səni dəstəkləsin ya da dəstəkləməsin, bu önəmli deyil. Əsas odur ki, hər kəs sənin kimin yanında olduğunu bilir".
Sarkozi isə deyib ki, artıq siyasi məsələlərin müzakirə edilməsində iştirak etmir: "Lakin İsrailə gələndə siyasət barəsində danışmaq marağıma səbəb olur".
Daha sonra eks-prezident İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata qapalı şəkildə görüş keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB