Vətəndaş müharibəsi Suriyadan Livana keçir

Vətəndaş müharibəsi Suriyadan Livana keçir

Suriyada davam edən vətəndaş müharibəsi Livana da öz mənfi təsirlərini göstərməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Livanın şimalında yerləşən Trablus şəhərində Bəşər Əsədin tərəfdaşları ilə ona qarşı olanlar arasında qarşıdurma yaranıb. Bu gecə saat 00:00 radələrində başlayan və səhərə qədər davam edən qarşıdurmalarda 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

İlkin məlumatlara görə, Trablusda baş verən qarşıdurmalarda əl qumbarasından və pulemyotdan istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə