İraqın daha bir qanlı günü..

İraqın daha bir qanlı günü..

Bu gün səhər saatlarında paytaxt Bağdadda bomba yüklü 5 nəqliyyat vasitəsi partladılıb. SİA xəbər verir ki, hadisə nəticəsində 16 nəfər ölüb, 28 nəfər ağır xəsarət alıb. Partlayış nəticəsində ətrafdakı obyektlərə ciddi ziyan dəyib.

Paytaxtda baş verən güclü partlayışdan bir neçə saat sonra, təxminən saat 11:00 radələrində İraqın cənubunda yerləşən Bəsrə şəhərinin sakinlərinə qarşı silahlı hücumlar təşkil edilib. İlkin məlumatlara görə, nəticədə 10 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə