Quş qripinin yeni dalğası

Çində yayılan quş qripinin yeni növünün yoluxma ehtimalının daha yüksək olduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çinin Səhiyyə Nazirliyinin Dünya Sağlamlıq Təşkilatı ilə birlikdə hazırladığı hesabatda "H7N9" virusunun quş qripinin digər növlərinə nisbətən daha təhlükəli olduğu qeyd olunub. Belə ki, bu virus insandan insana qısa zamanda yoluxur və genetik dəyişikliklər əmələ gətirir.

Qeyd edək ki, mart ayına olan hesabatda bu virusa yoluxanların sayının 130 nəfər olduğu bildirilib. Onlardan 35-i ölüb, 57-si isə xəstəliyin birinci mərhələsində müalicə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə