Rusiyanın Amur vilayətində kimsəsiz uşaqların qaldığı məktəbin yataqxanasında yaşanan qalmaqal ölkəni ayağa qaldırıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, məktəbin təhlükəsizlik kameraları yaşca böyük qızların azyaşlı oğlanları kəmərlə döydüyünü görüntüləyib. Həmçinin kadrlarda yataqxanada azyaşlı qızların olmasına baxmayaraq, yalnız oğlanların döyülməsi diqqət cəlb edib. Məlumata görə, işgəncəyə məruz qalan 10 oğlan 7-9 yaş arasındakı uşaqlardır. İşgəncənin məktəb tərbiyəçilərinin gözləri qarşısında baş verməsi və onların hadisəyə müdaxilə etməmələri isə Amur vilayətinin səlahiyyətli şəxsləri tərəfindən böyük etiraza səbəb olub.
Hadisə ilə əlaqədar istintaq başlanıb, uşaqları döyən 3 qıza 7 il həbs cəzasının verilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB