Bu gün Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür

Bu gün Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür

Bu gün 17 may 2013-cü il Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günüdür. Günün bu ilki mövzusu yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunub. Hər il yol qəzalarında 1,3 milyonadək insan həlak olur, milyonlarla insan xəsarət alır və ya ömürlük əlil olur. Bu hallar onların ailələri və ölkələri üçün ciddi iqtisadi ziyanlara səbəb olur.

Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü münasibətilə BMT Baş Katibi Pan Gİ Mun müraciət qəbul edib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SİA-ya verilən məlumata görə, müraciətdə deyilir: "Mən çox şadam ki, bu ilki Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yol hərəkətinin təhlükəsizliyi məsələsinə həsr olunub. Hər il yol qəzalarında 1,3 milyonadək insan həlak olur, milyonlarla insan xəsarət alır və ya ömürlük əlil olur. Bu hallar onların ailələri və ölkələri üçün ciddi iqtisadi ziyanlara səbəb olur. 2011-ci ildən 2020-ci ilə qədər vaxtı əhatə edən "Yol təhlükəsizliyi üçün hərəkat onilliyi" bütün dünyada yol və nəqliyyat təhlükəsizliyinə həsr olunub. İnformasiya-kommunikasiya texnologiyaları bu sahədə geniş imkanlar açır. Nəqliyyatın intellektual idarəetmə sistemləri və naviqasiya vasitələri tıxac probleminin həllinə yardım edə bilər. Radarlar yol hərəkətinin iştirakçılarının bir-birilə, o cümlədən piyadalarla toqquşmanın qarşısını alır. Kontaktsız əlaqə vasitələrinin istifadəsi yol-nəqliyyat hadisələrinin sayını azaldır. Bu xüsusən nəqliyyat hadisələrində ölənlərin yarısını təşkil edən gənclərə daha çox aiddir. Mən Beynəlxalq Telekommunikasiya Birliyinin sahə strukturları ilə birgə İKT standartlarının işlənməsi, o cümlədən Beynəlxalq Avtomobil Federasiyası ilə təhlükəsiz yol hərəkətinin təbliğatı sahəsində olan işini yüksək qiymətləndirirəm. Gəlin, texniki nailiyyətlərin maksimal istifadəsi ilə yol-nəqliyyat hadisələrinin sayını kəskin azaldaq və milyonlarla insanın həyatını xilas edək".

Bütün xəbərlər Facebook səhifəmizdə