Serbiya öz ərazisində "Cənub axını" qaz kəmərinin tikintisinə başlamağa tam hazırdır, 2013-cü ilin sonu üçün planlaşdırılmış işlərin başlanması üçün hər cür şərait yaradılıb.
SİA xəbər verir ki, zəruri sənədləşdirmə başa çatdırılmış, bütün müqavilələr imzalanıb, istər əsas qaz kəmərinin, istərsə də ondan ayrılan və Xorvatiyaya, Bosniya və Herseqovina Respublikasına gedən qolların son marşrutu müəyyənləşdirilib.
"Serbiyaqaz" cari il iyunun 30-dək baş qaz kəməri layihəsini təsdiq edəcək, sonra boru və kompressorların göndərilməsi üçün tenderlər elan olunacaq. Payızadək "Cənub axınının" Serbiya ərazisində tikinti işlərinin başlanması üçün lisenziya alması planlaşdırılır.
Boru kəməri Serbiyadan keçərək Zayeçar şəhərindən Somboradək uzanacaq, Xorvatiyaya və Bosniyaya gedən qollar isə Qospocinatsdan və Belqraddan keçəcək. Qaz kəməri ilk mənfəəti 2016-cı ildə verə biləcək.
Qeyd edək ki, "Serbiyaqaz" və "Qazsənaye" şirkətləri Serbiya ərazisində "Cənub axını" qaz kəmərinin çəkilişində tərəfdaşdırlar. 2009-cu ilin noyabrında onların "South Stream Serbia AG" birgə layihə şirkəti qeydə alınmışdır. Bu şirkətdə "Qazsənayenin" payı 51 faiz, "Serbiyaqaz"ın payı isə 49 faizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB