"Günahkarlar qanun qarşısında cavab verəcək"

"Günahkarlar qanun qarşısında cavab verəcək"

Türkiyənin baş nazirinin köməkçisi Bülənt Arınc Reyhanlıdakı partlayışla bağlı mətbuata açıqlamasında bildirib ki, bu hadisənin günahkarları qanun qarşısında cavab verəcək və cəzalandırılacaq. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Arınc partlayışla bağlı ciddi araşdırmaların aparıldığını da bildirib.

Arınc deyib ki, hadisənin daxili və xarici bağlantıları haqqında əlavə məlumatlar araşdırmalar bitdikdən sonra veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə