Kömür şaxtası partladı, 27 nəfər öldü

Kömür şaxtası partladı, 27 nəfər öldü

Çinin cənub-qərbində kömür şaxtasının partlaması nəticəsində 27 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yer altında çalışan 108 şaxtaçıdan 81-ni xilas etmək mümkün olub.

Məlumatda deyilir ki, onlardan 6-sı ağır yaralanıb, 9 nəfər isə bəlli olmayan zədələr alıb.

Qeyd edək ki, Çindəki şaxtalar dünyada ən təhlükəliləri sayılır. Son illərdə hakimiyyət orqanları texniki təhlükəsizliyi gücləndirsə də, qaydalara hər zaman əməl edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə