Terror nəticəsində ölənlərin sayı 46-ya çatıb FOTOLAR

Terror nəticəsində ölənlərin sayı 46-ya çatıb FOTOLAR

Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı 46-ya, yaralananların sayı isə 155 nəfərə çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin baş nazirin müavini Bəşir Alatay "HaberTürk" telekanalına müsahibəsində ölənlərin sayının 46-ya, yaralananların sayının isə 155 nəfərə çatdığını açıqlayıb. Yaralılardan 24-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Onun sözlərinə görə, yaralılar xəstəxanalara yerləşdirilib: "Hazırda şəhərdə sakitlik hökm sürür. Təhlükəsizlik qüvvələri hadisəni araşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə