Bu gün seçkilərin dönüş nöqtəsidir

Bu gün seçkilərin dönüş nöqtəsidir

Bu gün Pakistanda "Seçkilərin öndə gedəni" devizi altında parlament seçkiləri keçirilir. SİA-nın CNN-ə istinadən verdiyi məlumata görə, əhali bu seçkini son 66 ildə baş vermiş ən demokratik seçki kimi qiymətləndirir və ölkənin rifahının yaxşılaşmasında böyük əhəmiyyət kəsb edəcəyinə inanır. Pakistan Seçki Komissiyasının statistik məruzəsində səs vermək üçün qeydiyyatdan keçmiş 86 milyon nəfərdən 36 milyonunun yeni seçici olduğu bildirilir. Ölkənin informasiya naziri Arif Nizami cümə günü mətbuata açıqlamasında ictimai asayişi qorumaq üçün 600.000-dən çox mühafizə xidməti əməkdaşının səfərbər edildiyini qeyd edib. Hərbi mətbuat xidmətinin rəhbəri isə seçkidə istifadə olunacaq 650 ton blütenin Pakistan ordusu tərəfindən mühafizə olunacağını vurğulayıb.

Qeyd edək ki, keçmiş baş nazir Nəvaz Şərifin liderlik etdiyi Pakistan Müsəlman Liqası seçkilərin ən öndə gedən simalarındandır. Onun başlıca rəqiblərindən biri isə, Dünyəvi dövlət tərafdarı olan İmran Xanın partiyasıdır. Xalq Partiyası da dünyəvi dövlətə tərəfdardır, lakin bu partiyanın şansları əhali tərəfindən heçdə yüksək qiymətləndirilmir.

Sona Məmmədli

Bütün xəbərlər Facebook səhifəmizdə