Evsiz qalacaqlar!

ABŞ-ın Kaliforniya ştatında başlayan və sürətə yayılan yanğın vətəndaşları "evsiz qalmaq" qorxusuna salıb. SİA xəbər verir ki, ştatda minlərlə evin yanmaq təhlükəsi var. Bu evlərin arasında isə məhşur insanların - Britni Spirs, Jastin Bieber, Bred Pit və digərlərinin malikanələri də var.

Qeyd edək ki, artıq 3 gündür ki, Kaliforniyanın cənubundakı Ventura bölgəsində meşə yanğınları başlayıb. Altı saat ərzində 2 min 630 hektar meşə sahəsi yanaraq külə dönüb. Yüzlərlə xilasedici yanğının qarşısını almağa çalışsa da, bölgədəki 15 ev əşyaları ilə birgə yanıb. Riverside qəsəbəsinin ətrafındakı 500 ev isə boşaldılıb.

Səlahiyyətlilərin sözlərinə görə, yanğının uzun müddət davam etməsinin səbəbi şiddətli külək və isti havadır.

Bütün xəbərlər Facebook səhifəmizdə