Təyyarənin pilotu yanaraq ölüb

Təyyarənin pilotu yanaraq ölüb

İspaniyanın paytaxtı Madriddə təyyarə havada manevr edərkən uçuş zolağının kənarındakı hanqarın üzərinə düşüb. SİA-xarici mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün Cuatro Vientos bölgəsində baş verib. Nümayiş uçuşu zamanı 1950-ci illərdə istehsal olunan "Hispano HA-200 Saeta" tipi iki nəfərlik təyyarə eniş edən zaman naməlum səbəblərdən təkrarən havaya qalxa bilməyib. Təyyarə nümayişi izləyən minlərlə insanın gözü qarşısında hanqarın üzərinə düşüb. Hadisə nəticəsində təyyarənin 35 yaşlı pilotu, Hərbi Hava qüvvələrinin mayoru Ladislao Tejedor Romero yanaraq ölüb. Qəzada 3 polis və Ladislao Tejedor Romero atası da daxil olmaqla 18 nəfər ağır xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə