"The Daily Telegraph" qəzeti xəbər verir ki, Vatikanda Borcia apartamentlərində İsanın dirilməsi freskasının bərpası zamanı Avropa rəssamı tərəfindən çəkilmiş hinduların ilk təsviri aşkar edilib.
İsanın dirilməsi freskası 1494-cü ildə italyan rəssam Pinturikko tərəfindən çəkilmişdir. Freskanın 500 illik çirkini təmizləyən bərpaçılar arxa planda başı lələkli insanlar aşkar ediblər.
Muzey kompleksinin direktoru Antonio Paoluççinin fikrincə, rəssamı bu təsvirləri çəkməyə ruhlandıran freskanın yaradılmasından iki il əvvəl Xristofor Kolumb tərəfindən kəşf olunmuş Amerikanın yerli sakinləri haqqında dənizçi səyyahın hekayələri olub.
Paoluççi həmçinin qeyd etmişdir ki, Kolumbun səyahəti İspaniya tərəfindən maliyyələşdirilsə də, onun kəşfi Apennində, o cümlədən o zamankı pontifik Podriqo Borciada böyük maraq doğurub. Bu təsvir də elə onun apartamentlərində yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB