Avropa Komissiyasının cari və növbəti illər üçün avrozonanın və Avropa İttifaqının ÜDM-nin dinamikasına dair proqnozları pisləşib. Belə ki, elan olunmuş məlumata görə, 2013-cü ildə avrozonanın ÜDM-i 0,4 faiz azalacaq və 2014-cü ildə 1,2 faiz artacaq. Halbuki AK-nın əvvəlki proqnozu cari ildə valyuta bloku iqtisadiyyatının 0,3 faiz azalmasını və növbəti ildə 1,4 faiz artmasını nəzərdə tuturdu.
AK-ın mayın 3-də elan olunmuş proqnozu təsdiq edir ki, 2013-cü ildə Avropa İttifaqının iqtisadiyyatı 0,1 faiz azalacaq və 2014-cü ildə 1,4 faiz artacaq.
AK-nın sənədlərində deyilir: "Avrozonanın iqtisadiyyatı gözlənildiyindən daha sürətlə azalacaqdır, bu zaman büdcənin kəsirinin azalması prosesi çox ləng gedəcəkdir". AK xəbər verir ki, Fransa, İspaniya, İtaliya və Niderlandın – avrozonanın güclü iqtisadiyyatı olan beş ölkəsindən dördünün iqtisadiyyatı cari il ərzində tənəzzüldə olacaqdır, yalnız Almaniya bu vəziyyətdən yaxa qurtara biləcəkdir. Düzdür, ölkədə ÜDM artımı üzrə proqnozlar azalma istiqamətində dəyişdirilmişdi.
Kipr barəsində AK-nın proqnozları daha çox pisləşmişdir. Kipr iqtisadiyyatı cari ildə 8,7 faiz, gələn il isə 3,9 faiz azalacaq.
İqtisadiyyat və maliyyə üzrə Avropa komissarı Olli Ren Avropa iqtisadiyyatının artımını bərpa etmək üçün struktur islahatlar keçirilməsinin vacib olduğunu qeyd edərək deyib: "Valyuta blokunda uzun sürən tənəzzüllə əlaqədar olaraq işsizliyə qarşı mübarizəyə yönəldilmiş təcili tədbirlər görülməlidir. Avropa siyasəti də elə məhz iqtisadi artımın dəstəklənməsinə və iş yerlərinin yaradılmasına yönəldilmişdir".
2013-cü və 2014-cü illərdə avrozonanın iqtisadi inkişafı üzrə AK-nın proqnozunun pisləşməsi 2013-2014-cü illərdə avronun dövriyyədə olduğu zonada ÜDM-in artımı barədə Avropa Mərkəzi Bankının (AMB) öz proqnozlarını azaltmasından sonra baş verib.
Martın əvvəlində xəbər verildiyi kimi, 2013-cü ildə AMB avrozonada iqtisadi artım dinamikasının mənfi 0,9 faizdən 2014-cü ildə müsbət 0,1 faizədək qalxacağını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB