Dövlət bunu ilk dəfə açıqladı

Dövlət bunu ilk dəfə açıqladı

Dünyanın ən izdihamlı ordusu ilk dəfə əsgərlərinin sayını açıqlayıb. SİA xəbər verir ki, Çin Xalq Qurtuluş Ordusu öz hesabatında əsgər sayının 1 milyon 483 min olduğunu qeyd edib. Məlumata görə, Çin ordusunun 850 min əsgərini quru qoşunlarında, 398 min əsgəri hərbi hava qüvvələrində, 235 min əsgəri isə hərbi dəniz qüvvələrində xidmət edir.

Hesabata əsasən o da açıqlanıb ki, Çin son dövrlərdə dənizdə baş tutacaq əməliyyatlarda qalib gəlmək üçün hərbi dəniz qüvvələrinə daha çox vəsait xərcləyib.

Qeyd edək ki, Çinin hərbi xərcləri 2012-ci ildə 166 milyard dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə