Avropalıların Avropa İttifaqına etimadı son dərəcə aşağı səviyyəyə enib
Avropa İttifaqına daxil olan ölkələrin sakinləri arasında ona etimad son dərəcə aşağı səviyyəyə enmişdir. Qitənin ağır iqtisadi böhran bürümüş və bütün sosial-iqtisadi sistemdə genişmiqyaslı yenidənqurma aparmağa məcbur olmuş cənub ölkələrində Aİ skeptiklərinin sayı daha çoxdur.
RBK xəbər verir ki, "European Councilon Foreign Relations" (ECFR) Elmi-Tədqiqat İnstitutunun sifarişi ilə keçirilmiş rəy sorğusunun nəticələri bunu təsdiq edir.
Belə ki, hazırda İspaniyada vətəndaşların yalnız 20 faizi Avropa İttifaqına etimad bəsləyir. Halbuki 2009-cu ildə bu göstərici 56 faiz olub. Həmin dövr ərzində İtaliyada Aİ-yə etimad göstərənlərin sayı 52 faizdən 31 faizə enib. Almaniyada Aİ-yə etimad 2009-cu ildən 14 faiz azalıb və hazırda 30 faiz təşkil edir. Fransada bu göstərici 8 faiz azalaraq 34 faizə enib.
Vahid Avropa təsisatlarına etimadın azalmasını ekspertlər Avropa İttifaqı ölkələri sakinlərinin gələcək qarşısında qorxu hissi keçirməsi ilə, işi itirmək, adi həyat səviyyəsindən məhrum olmaq qorxusu ilə izah edirlər – özü də bunun günahını insanlar birləşmiş Avropada görürlər.
Politoloqların fikrincə, adamlarda belə bir hiss yaranmışdır ki, onlar vəziyyətə nəzarəti itirmişlər. İnsanları onlara təqdim olunan alternativsiz əşyalarla razılaşmağa məcbur edirlər. Belə ki, AFR vətəndaşları başqa ölkələrə - yeni-yeni yardım paketlərini dəstəkləməyə, Cənubi Avropa sakinləri isə yeni-yeni sərt qənaət proqramlarının tələblərinə tabe olmağa məcburdurlar.
Bununla belə nə Almaniyada, nə də İspaniyada avrodan imtina etmək, xüsusən də Avropa İttifaqından çıxmaq ideyası ictimaiyyət tərəfindən qətiyyən dəstəklənmir.
İnsanların əksəriyyəti böhranla mübarizə metodlarından və formalarından narazıdır. Bununla əlaqədar ekspertlərin fikrincə, əsas təhlükə budur ki, avronu nəticə etibarilə xilas edəcəklər, amma Avropa İttifaqı Aİ vətəndaşlarının hər cür dəstəyindən məhrum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB