Türkiyədə test sistemi ləğv edilir?

Türkiyədə test sistemi ləğv edilir?

Türkiyə Milli Təhsil naziri Nəbi Avcı Səviyyə Müəyyənləşdirmə Sınağında (SBS) edilməsi nəzərdə tutulan dəyişikliklər barədə danışıb. SİA "Anadolu" agentliyinə istinadən xəbər yayır ki, TED Ankara Kollecində Türk Təhsil Dərnəyinin düzənlədiyi Beynəlxalq Təhsil Forumunda iştirak edən təhsil naziri SBS–lə bağlı verilən sualı cavablandırıb.

Avcı bir il ərzində test sisteminin dəyişdirilməsinin qeyri-mümkünlüyünü bildirməklə, deyib ki, uşaqlar 4 il ərzində dərsdə və dərsdən kənar fəaliyyət sərgiləyir.

"Məhz, bunları dərsdən kənar fəaliyyətə istiqamətləndirmək üçün bir sistem işləyirik" – deyə Nəbi Avcı söyləyib.

Hazırda əks-təsirli fəaliyyət dəyərləndirməsinin həyata keçirilməsinin mümkün olmadığını deyən Avcı deyib ki, hazırda uşaqları test cəncəlindən xilas edə biləcək sistem üzərində işləyirik.

"Açıq suallı seçmə üsulu düşünürük ki, daha effektli ola bilər. Amma işlər davam edir" – deyə o, əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə