"ABŞ-a bu qədər Buş kifayətdir!'

"ABŞ-a bu qədər Buş kifayətdir!'

ABŞ-ın eks-prezidenti Corc Buşun həyat yoldaşı Barbara Buş 2016-cı ildə oğlu Ceb Buşun prezidentliyə namizəd olmasına qarşı olduğunu bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xanım Buş bildirib ki, ABŞ-ın kifayət qədər Buş soyadlı prezidenti olub: "Oğlum Cebin 2016-cı ildə prezident seçkilərində namizəd olmağını istəmirəm. O prezident olmaq üçün yaxşı namizəddir, amma heç vaxt buna razı olmaram. ABŞ möcüzəli bir ölkədir və yalnız dörd ailədən ibarət deyil. Tanınmış 4 ailənin nümayəndələrindən başqa lider ola biləcək insanlar da var. Məncə, prezident olmaq onların da haqqıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə