Prezident göz yaşını saxlaya bilmədi

Prezident göz yaşını saxlaya bilmədi

ABŞ prezidenti Barak Obama Texasda gübrə fabrikində baş verən partlayış nəticəsində həyatını itirən 14 nəfərin anım mərasimində iştirak edib. SİA türk mətbuatına istinadən xəbər verir ki, Baylor Universitetində təşkil edilən və Mişel Obamanın da iştirak etdiyi anım mərasimində ABŞ dövlət başçısı göz yaşını saxlaya bilməyib. Daha sonra mərasimdə çıxış edən Barak Obama: "Bu gün sizə yalnız dəstək ola, kədərinizi bölüşə bilərəm. Vəfat edən yaxınlarınız unudulmayacaq. Fabrikin yenidən inşa olunacağına söz verirəm" - deyib.

Qeyd edək ki, Waco şəhərinin West qəsəbəsindəki "West Fertilizer" adlı gübrə fabrikində baş verən partlayışın səbəbi hələ də məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə