Mayın sonunadək ÜTT-nin yeni baş direktorunun kimliyi bəlli olacaq

Mayın sonunadək ÜTT-nin yeni baş direktorunun kimliyi bəlli olacaq

Ümumdünya Ticarət Təşkilatının yeni baş direktoru Latın Amerikasının təmsilçisi olacaq. SİA-nın verdiyi məlumatda deyilir ki, təşkilatın rəhbərinin seçiminin final mərhələsinə meksikalı Emirinio Blanko və braziliyalı Robertu Azevedu çıxıb.

Məlumatda deyilir ki, baş direktor vəzifəsi uğrunda İndoneziyanın, Yeni Zellandiyanın və Cənubi Koreyanın nümayəndələri də mübazirə aparıblar.

Seçimlərin nəticələrinə görə, İordaniyanın, Qananın, Keniyanın və Kosta-Rikanın nümayəndələri də növbəti mərhələyə adlaya bilməyib.

ÜTT-nin yeni baş direktorunun may ayının sonunadək bəlli olacağı bildirilir. Seçiləcək şəxs Paskal Lamini əvəzləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə